Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ və Azərbaycan nə barədə razılığa gəlib?

Aİ və Azərbaycan nə barədə razılığa gəlib?

Tarix: 18 Iyul 2022 19:36

Aİ və Azərbaycan elektrik ötürücü xətlərin inkişafının öyrənilməsinin vacibliyini vurğulayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun mətnində deyilir.

Hər iki tərəfin bərpa olunan enerji potensialından maksimum səmərəli istifadə etmək və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına, eləcə də onunla ticarətə dəstək olmaq üçün tərəflər Aİ arasında elektrik ötürücü xətlərin inkişafının öyrənilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Tərəflər, həmçinin, təhlükəsiz və dayanıqlı enerji texnologiyalarını inkişaf etdirmək və "yaşıl enerji"dən istifadəni təşviq etmək, iqlimə qarşı neytral həllər tapmaq üçün innovativ ideyaları müəyyən etmək üçün əməkdaşlıq etməyə çalışırlar.


Etiketlər:  Azərbaycan barədə razılığa gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ