Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyada anomal isti hava: Uelsdə 32 ilin rekord göstəricisi

Britaniyada anomal isti hava: Uelsdə 32 ilin rekord göstəricisi

Tarix: 18 Iyul 2022 21:54

Böyük Britaniyada anomal isti hava müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, bugün İngiltərə və Uelsin bəzi bölgələrində havanın temperaturu 37 selsi dərəcə olub. Sinoptiklər növbəti iki gün ərzində temperaturun 41 dərəcəyə çata biləcəyini qeyd edib.

Anomal isti hava səbəbindən bəzi qatar yollarında probem yaranıb. Kral Hava Qüvvələrinin Nortondakı aerodromunda uçuş zolağının bir hissəsinin əriməsi səbəbindən uçuşlar dayandırılıb.

Bundan əlavə London yaxınlığındakı Luton hava limanındakı bəzi uçuşlar da isti hava səbəbindən dayandırılıb.

Buna səbəb yüksək temperaturdan sonra uçuş-enmə zolağında müəyyən edilən səth qüsuru olub.

Bu gün Uelsin Havarden kəndində 37,1 selsi temperatur qeydə alınıb ki, bu indiyə qədər qeydə alınan ən yüksək temperaturudur.

Sonuncu dəfə bu cür hava 1990-cı il avqustun 2-də qeydə alınıb.

Qeyd edək ki, Böyük Britaniyada iyul ayında orta maksimum temperatur 19 ilə 24 selsi arasında dəyişir.

Milli.Az


Etiketlər:  Britaniyada anomal isti hava Uelsdə 32 ilin rekord göstəricisi


RƏYLƏR