Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Norm” şirkəti məhkəməlik oldu

''Norm” şirkəti məhkəməlik oldu

Tarix: 19 Iyul 2022 08:36

"Norm" ASC məhkəməyə verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb zavodun gömrük qanunvericiliyini pozmasıdır.

Belə ki, ASC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, semend zavodunun rəhbərliyi cərimə olunacaq.

Qeyd edək ki, "Norm" şirkətinin təsisçisi və yeganə benefisiar sahibi Nəsib Həsənovdur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Milli.Az


Etiketlər:  Norm şirkəti məhkəməlik oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ