Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bekhemin oğlu brendlə milyonluq müqaviləsini itirdi

Bekhemin oğlu brendlə milyonluq müqaviləsini itirdi

Tarix: 19 Iyul 2022 20:54

İngiltərə futbol yığmasının keçmiş kapitanı Devid Bekhem və modelyer Viktoriya Bekhemin oğlu Bruklin Bekhem-Pelts qidalanma vərdişlərinə görə eko-brend Superdry ilə müqaviləsini itirib.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

Model 2021-ci ilin noyabrında bu brendin siması olub və səkkiz ay sonra şirkət rəhbərliyi modellə əməkdaşlığa vaxtından əvvəl son qoymaq qərarına gəlib. Məlumata görə, ekspertlər sözügedən müqaviləni ən azı bir milyon funt-sterlinq qiymətləndiriblər.

Nəşrin məlumatına görə, Bekhemlə əməkdaşlığa xitam verilməsinə səbəb onun İnstaqram səhifəsində yazılan mənfi şərhlər olub. Model vegan dərisindən hazırlanmış Superdry idman ayaqqabısından dərhal sonra ətli bifşteks resepti ilə video yayımlayıb. Abunəçilər həmin şəxsin davranışını yolverilməz hesab edib və sosial şəbəkədə çoxsaylı paylaşımların altında neqativ fikirlərini bildiriblər.

Hazırda brendin keçmiş nümayəndəsinin hesabından bütün paylaşımlar silinib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bekhemin oğlu brendlə milyonluq müqaviləsini itirdi


RƏYLƏR