Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 07:56
"Coca-Cola" məhsullarının Azərbaycandakı istehsalçısı "Koka-Kola Bottlers LTD" MMC barəsində məhkəmə iddiası qaldırılıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.
Qeyd edək ki, "Coca-Cola" içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa "Fanta", "Sprite" və "Bonaqua" içkiləri də məhz həmin şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.
Xatırladaq ki, şirkət ötən ay da gömrük qanunvericiliyini pozduğu üçün məhkəməlik olmuşdu.