Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov Azərbaycan millisindən imtina etdi

Teymur Rəcəbov Azərbaycan millisindən imtina etdi

Tarix: 21 Iyul 2022 13:32

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı onun komanda yoldaşı Vasif Durarbəyli verib.

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

O, Rəcəbovu bu addımına görə qınayıb: "Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik".

Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbov Azərbaycan millisindən imtina etdi


RƏYLƏR