Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın gəlini uzun fasilədən sonra əri ilə Parisdə bir arada - VİDEO

Van Dammın gəlini uzun fasilədən sonra əri ilə Parisdə bir arada - VİDEO

Tarix: 21 Iyul 2022 17:35

Dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə Parisə yollanıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, musiqiçi uzun aradan sonra həyat yoldaşı Kristoferlə bir araya gəlib.

Kristoferlə Parisin "Luvr" muzeyinin nəzdində yerləşən eyni adlı lüks restoranda nahar edən Suada həmin anları lentə alaraq, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

O, yayımladığı görüntülərə "Paris Luvrda Koca və Sissy ilə... Gözəl atmosfer, dadlı yeməklər və ən əsası ən yaxşı yığıncaq - xoşbəxt ruh" sözlərini şərh bölməsinə yazıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az


Etiketlər:  Van Dammın gəlini uzun fasilədən sonra əri ilə Parisdə bir arada VİDEO


RƏYLƏR