Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeyxin müavini gəlinini məhkəməyə verdi

Şeyxin müavini gəlinini məhkəməyə verdi

Tarix: 22 Iyul 2022 08:04

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı keçmiş gəlini Ülviyyə Cavadlını məhkəməyə verib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Q.Cavadlı qardaşının keçmiş həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib. 

Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 27-də baş tutacaq.

Qeyd edək ki, Qəmər Cavadlının qardaşı Lətif Cavadlı ötən il dünyasını dəyişib. O, Ülviyyə Cavadlı ilə 2019-cu ildə boşanıb. Tərəflər arasında mülk mübahisəsinin olduğu bildirilir.


Etiketlər:  Şeyxin müavini gəlinini məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ