Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 10:16
Anomal istilər təkcə İspaniya və Portuqaliyada 1700-dən çox insanın həyatına son qoyub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge çıxış edib.
Kluge bildirib ki, statistika nisbidir və dəqiq rəqəmlər 2 həftə sonra məlum olacaq. Bununla belə, real rəqəmin artıq rəsmi statistikanı üstələdiyi şübhə doğurmur.
Kluge qeyd edib ki, yay mövsümünün başa çatmasına hələ çox var. Şiddətli istilər insanlarda gizli gedən xəstəliklərin aşkara çıxmasına və vaxtsız ölümlərə səbəb olur. Uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir.
"İstilik öldürür. Son 10 ildə yüz minlərlə insan anomal istilər və onunla üst-üstə düşən meşə yanğınları nəticəsində həyatını itirib" - deyə regional direktor vurğulayıb.