Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 07:12
Rusiya öz xalqına qarşı olan Kiyev rejimindən ukraynalıların qurtulmasına kömək edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, Rusiya daha yaxşısına layiq olan Ukrayna xalqına təəssüflənir.
"Biz gözümüzün qabağında dağılan Ukrayna tarixinə üzülürük. Kiyev rejiminin Ukraynanı Rusiyanın əbədi düşməninə çevirmək məqsədi daşıyan dövlət təbliğatına tab gətirənlərə təəsüf hissi keçiririk", - deyə Lavrov Qahirədə Ərəb Dövlətləri Liqası dövlətlərinin daimi nümayəndələri ilə görüşü zamanı bildirib.
Rusiya xarici işlər naziri bu cəhdlərin uğurlu olmayacağını vurğulayıb.
Lavrov bildirib ki, Ukrayna və Rusiya xalqları birlikdə yaşamağa davam edəcək.