Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 11:54
Həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun ölümü ilə sarsılan Ece Erken çətin günlərdə onu tək qoymayan Demet Akalınla Cenk Ereni dinləməyə gedib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı gecədən görüntünü sosial şəbəkədə yayımlayıb. İzləyicilərdən biri onun görüntülərinə "Nə tez özünə gəldin, bəs dərmanla yaşayırdın. Timsah gözyaşları bitti deyəsən" sözünü yazıb.
Bu sözlərə əsəbiləşən Erken "Nə istəyirsiniz, ölüm? Övladım məni hər gün bədbəxt görsün? Başınıza gələr, etməyin" sözlərini söyləyib.