Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 17:20
Müğənni Damlanın "İlan" klipində istifadə etdiyi kosmonavt geyiminin maddi dəyəri üzə çıxıb.
Bu barədə olay-a sənətçinin prodüseri Şamil İbrahimov məlumat verib.
O bildirib ki, ekran işində istifadə edilən kosmonavt forması üçün Damla 3 min manatından keçməli olub.
Belə ki, geyimin bir saatlıq kirayə haqqı 1000 manata başa gəlib.
Qeyd edək ki, Damlanın bir neçə gün əvvəl təqdim etdiyi "İlan" klipi müzakirələrə səbəb olub. Onun ekran işində rahibə obrazını canlandırması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.