Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:02
Slovakiya avqustun sonunda istismardan çıxarılacaq Sovet dövründən qalma MİQ-29 qırıcılarını Ukraynaya verə bilər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Slovakiyanın müdafiə naziri Yaroslav Nad ingiltərəli həmkarı ilə keçirdiyi görüşdə danışıb.
O, Ukraynaya Sovet istehsalı olan 11 döyüş təyyarəsi bağışlamağı düşünəcəklərini bildirib.
Sözügedən təyyarələrin avqustun sonunda yerə endiriləcəyini deyən Nad, "Hələlik heç bir qərar verilməyib, heç bir müzakirə olmayıb, amma daha sonra bunu müzakirə etməyə hazırıq" söyləyib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Eduard Heqer iyulun 3-də verdiyi açıqlamada Sovet istehsalı olan MİQ-29-ların F-16-larla əvəzlənəcəyini bildirib və bu təyyarələrin Ukraynaya çatdırılmasına qarşı olmadığını demişdi.