Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın təhlükəsizlik sistemində islahatlar - nə və niyə dəyişir?!

Ermənistanın təhlükəsizlik sistemində islahatlar - nə və niyə dəyişir?!

Tarix: 26 Iyul 2022 10:06

Ermənistanda təhlükəsizlik sistemində islahatlar nəhayət ki, elan edildi. 2002-ci ildə, Robert Köçəryanın dövründə, Daxili İşlər Nazirliyi ləğv edilmiş, əvəzində isə birbaşa prezidentə tabe polis xidməti yaradılmışdı. Serj Sarqsyanın dönəmində bu xidmət ölkənin idarəetmə sistemi dəyişdiyinə görə baş nazirə tabe edildi. Faktiki olaraq 20 ildir ki, Ermənistanda polis siyasi hakimiyyətin əlində ən təsirli vasitələrdən biridir. Buna nümunə kimi Ermənistanda 2008-ci ildə baş verən və 2020-ci ildən bu yana olan mitinqlərdə polisin oynadığı rolu göstərə bilərik.

Hakimiyyətə gəlməmişdən öncə Nikol Paşinyan və onun komandası polisin bir xidmət kimi Baş Nazirə tabe olmasını pisləsə də, artıq 4 il idi ki, siyasi hakimiyyətə tabe olan polis sistemində islahatları yubadırdı. Nəhayət 2022-ci ilin iyulunda Ermənistanın Ədliyyə Nazirliyi tərəfindən hazırlanan və özündə təhlükəsizlik sistemində dəyişikliyi ehtiva edən sənənd Parlamentə ilkin müzakirə üçün göndərildi. Sənəddə qeyd olunan əsas dəyişikliklər bunlardan ibarətdir:

- Daxili İşlər Nazirliyi yaradılır
- Polis, FHN, Miqrasiya yeni yaradılacaq Daxili İşlər Nazirliyinə tabe edilir
- Xarici Kəşfiyyat Xidməti yaradılır
- Milli Qvardiya yaradılır

Paşinyanın bu islahatları 4 il yubatmasının və məhz indi bu islahata getməsinin bir neçə səbəbi vardır:

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi bidirir ki, islahatları yubatmasının əsas səbəbi o idi ki, birbaşa Baş Nazirə tabe olan polis Nikol Paşinyana 2020-ci ildən bu yana Ermənistanda baş verən ixtişaşların, stabilliyi pozmağa cəhd edənlərin qarşısını almağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, hazırda bu xidmətə rəhbərlik edən şəxs Nikol Paşinyanın sinif yoldaşı olub. Son mitinqlərdən sonra müxalifətin əhalini küçəyə çıxara bilmək iqtidarında olmadığını anlayan Paşinyan öz hakimiyyətindən arxayınlaşıb və indi islahatlar üçün özünü hazır hiss edir.

İkinci, qeyd etmək lazımdır ki, təhlükəsizlik sistemində olan bu islahat Qərbin tələbidir. Qərbdəki institutların bir çoxu öz hesabatlarında demokratiyanın əsas elementlərindən olan şəffaflığın və hesabatlılığın təmin edilməsi üçün Ermənistanda polisin Baş Nazirə tabe bir xidmət kimi yox, Parlamentə tabe edilməsini tövsiyə edir. Təsadüfi deyildir ki, bu islahatlara pul ayıranlar arasında ABŞ-ın Ermənistandakı səfirliyi və Avropa İttifaqı vardır. Hazırda öz hakimiyyətinə hər hansı təhlükə görməyən Paşinyan bu islahatlara getməklə həm də özünün islahatçı imicini yaratmağa çalışır.

Üçüncü, Nikol Paşinyan ölkədəki ən strateji qurumlardan biri olan Milli Təhlükəsizlik Xidmətini (MTX) zəiflətməyə çalışır. 4 il ərzində bu quruma 4 rəhbər təyin edilib, lakin xüsusi xidmət tam ram edilməyib. Bu illər ərzində bunu bacarmayan Paşinyan indi bu qurumla bağlı fərqli strategiyadan istifadə edir. Təklif olunan yeni sənəddə Xarici Kəşfiyyat Xidmətinin yaradılması, Dövlət Mühafizə Xidməti və polisin əsasında Milli Qvardiyanın qurulması nəzərdə tutulur. Həm xarici kəşfiyyat, həm də Dövlət Mühafizə Xidməti hazırda MTX-nın tərkibindədir.

Paşinyan özü dəfələrlə bu barədə danışaraq Polis və MTX-nı Nazirliyə çevirmək niyyətini gizlətmədiyini bəyan edib. Bu qurumların nazirliyə çevrilməsi onları parlament qarşısında hesabatlı edəcək və hazırda parlamentdə çoxluğu əlində saxlayan Paşinyan özünə tabe edə bilmədiyi qurumlara Parlament vasitəsilə nəzarət etmək imkanı əldə edəcəkdir.


Etiketlər:  Ermənistanın təhlükəsizlik sistemində islahatlar niyə dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ