Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ı udsaq, fantastik mövsüm keçirərik" - "Sürix"in hücumçusu

Tarix: 26 Iyul 2022 19:24

"Bu, bütün gücümüzü ortaya qoymalı olduğumuz oyundur. Bir matçla heç nə bitmir. Qarşıda ikinci görüş var".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu İsveçrə "Sürix"inin futbolçusu İvan Santini evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

33 yaşlı hücumçu bildirib ki, meydanın hər qarışı, hər bir top uğrunda mübarizə aparmaq lazımdır: "90 dəqiqə kompakt oynamalı, hər bir detala dikir verməliyik. Düşünürəm ki, bunlar mərhələ adlamaq üçün kifayət edəcək".

Xorvatiyalı forvard bu oyunu mövsümün ən vacib matçı adlandırıb: "Bu, hazırkı məqamda bizim üçün final görtüşüdür. Düzdür, mövsüm yeni başlayıb. Amma bu oyunu udsaq, fantastik mövsüm keçirə bilərik. Oyun ərzində hər şeyə hazır və səbirli olmalıyıq".

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az


Etiketlər:  Qarabağı udsaq fantastik mövsüm keçirərik Sürixin hücumçusu


RƏYLƏR