Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toydan bir saat sonra arvadını doğradı

Toydan bir saat sonra arvadını doğradı

Tarix: 27 Iyul 2022 09:16

İngiltərədə kişi toydan bir neçə saat sonra arvadını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisədən bir qədər əvvəl qadın rəfiqəsinə ərinin davranışından qorxduğunu deyib.

Məlumata görə, 45 yaşlı Tomas Nat 2012-ci ildən tanış olduğu 52 yaşlı Dona Uokeri öldürüb, onun cəsədini parçalara ayırıb, qalıqlarını çamadanlara qoyub və kolluqlara atıb.

Bundan sonra britaniyalının özü polisə xəbər verərək həyat yoldaşının itkin düşdüyünü bildirib. Lakin axtarış zamanı məmurlar həmin şəxsin özündən şübhələnib və o, sübutların təzyiqi altında cinayəti etiraf edib.

Tomas həqiqətən arvadını öldürdüyünü, lakin mübahisə zamanı bunu istəmədən etdiyini deyib.

Hazırda o, həbsdədir və məhkəmənin hökmünü gözləyir.

Milli.Az


Etiketlər:  Toydan bir saat sonra arvadını doğradı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ