Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bodrumda romantizm: Məşhurları öpüşərkən çəkdilər - FOTO

Bodrumda romantizm: Məşhurları öpüşərkən çəkdilər - FOTO

Tarix: 29 Iyul 2022 02:24

Türkiyənin tanınmış aktrisası Hande Soral və həyat yoldaşı İsmail Demirci yenicə ana-ata olandan sonra tətilə çıxıblar.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, onlar körpələri ilə birgə istirahətin dadını Bodrumda çıxarıblar. 

Handenin qardaşı Bedirhan Soral da onların romantizminə şərik olub. Belə ki, dəniz qırağında ailəcə tətil keçirən vaxt onların fotolarını çəkib.

Oğulları Alini sevməyə doya bilməyən cütlüyün fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bundan başqa, Hande və İsmail bərabər dənizə baş vurub orada da romantik anlar yaşayıb. 

Qeyd edək ki, Hande Soral "Diriliş Ertuğrul", "Bir zamanlar Çukurova" seriallarında, İsmail Demirci isə "Muhteşem Yüzyıl", "Kurtlar Vadisi Pusu" və s. kimi seriallarda obrazlar canlandırıb. Onlar 2017-ci ildə evləniblər.


Etiketlər:  Bodrumda romantizm Məşhurları öpüşərkən çəkdilər FOTO


RƏYLƏR