Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərb tərəfdaşları qış yaxınlaşdıqca...''

''Qərb tərəfdaşları qış yaxınlaşdıqca...''

Tarix: 29 Iyul 2022 08:38

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rada telekanalının efirində bildirib.

O qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.

"Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırq",- deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.

Milli.Az


Etiketlər:  Qərb tərəfdaşları qış yaxınlaşdıqca


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR