Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 17:36
Almaniya, İtaliya və Macarıstan Hərbi Hava Qüvvələrinin qırıcıları avqust ayından etibarən Baltikyanı ölkələrin hava məkanını mühafizə edəcək.
Bu barədə report NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir.
Estoniyanın Emari aerodromunda yerləşdirilən dörd "Eurofighter" qırıcısı Almaniyadan Litva, Latviya və Estoniya hava məkanında patrul xidmətində iştirak edəcək.
Macarıstanın "JAS-39" təyyarələri Litvanın Şaulyay şəhərində yerləşdiriləcək və italyan pilotlar Polşanın Malbork aerodromundan Baltikyanı ölkələrin hava məkanının üzərindən uçacaqlar. Macarıstan və İtaliyadan da 4 təyyarə göndəriləcək.
Gələn qırıcılar ispan, fransız və belçikalı pilotları əvəz edəcək.Qqırıcıların növbətçi dəstəsi gecə-gündüz Baltik səmasında növbə çəkəcək, təlim uçuşları həyata keçirəcək.
NATO ölkələrinin aviasiyası Litva, Latviya və Estoniyanın hava məkanını 2004-cü ildə alyansa daxil olduqdan sonra onların hava qüvvələrinin öz döyüş təyyarələrinin olmaması səbəbindən patrul edir.