Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaxşı əhval-ruhiyyə üçün təbiətdə neçə saat keçirmək lazımdır?

Yaxşı əhval-ruhiyyə üçün təbiətdə neçə saat keçirmək lazımdır?

Tarix: 31 Iyul 2022 20:48

Britianiyadan olan bir qrup alim, yaxşı əhval-ruhiyyəyə malik olmaq üçün təbiət qoynunda neçə saat keçirməyin məsləhət olduğunu müəyyən ediblər.

Tədqiqatda 20 min nəfər iştirak etmişdir. Onlar 2014-2016-cı illər ərzində bir neçə dəfə sorğudan keçmişdir və təbiət qoynunda nə qədər vaxt keçirdiyini və özlərini neçə faiz daha yaxşı hiss etdikləri haqda danışmalı idi.

Məlum olmuşdur ki, həftə ərzində təbiətdə iki saat müddətində istirahət edən insanların fiziki və psixoloji durumu digərlərinə nisbtən yüksək və daha yaxşı idi. Lakin yaşıllıqda vaxtını az keçirən insanlar heç keçirməyən insanlardan demək olar ki, fərqlənmirdi.

Mütəxəssislərin rəylərinə əsasən, əldə olunmuş nəticələri yekun nəticə hesab etmək olmaz. Əvvəllər keçirilmiş tədqiqatlar zamanı təbiət qoynunda vaxt keçirməyin insan orqanizmi üçün nə qədər faydalı və əhəmiyyətlıi olduğu dəfələrlə sübut olunmuşdur. Qeyd olunur ki, sağlamlıq üçün xeyirli hesab edilən gəzintilərin şəhərdən kənar və ya parklarda edilməsi daha uyğun hesab edilir.

Milli.Az


Etiketlər:  Yaxşı əhval ruhiyyə üçün təbiətdə neçə saat keçirmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ