Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu iki qadın az qala bizim hər gün etdiyimiz işə görə kor qalacaqdılar

Bu iki qadın az qala bizim hər gün etdiyimiz işə görə kor qalacaqdılar

Tarix: 2 Avqust 2022 08:27

22 və 44 yaşlı iki qadın göz həkiminə müvvəqqəti korluq şikayəti ilə müraciət etmişlər. Həkim onları müayinə etdikdən sonra işin zarafat olmadığını alnayıb. Müayinə zamanı gözün birinin 15 dəqiqə ərzində tamamilə kor olduğu, sonra isə görmə qabiliyyətinin bərpa olunduğunu aşkar edilib. Bu əlamətlərlə həkimə müraciət edən adamların sayının artması həkimləri düşünməyə vadar edib. Xəstələr MRT, UZİ və digər müayinələrdən keçsələr də heç bir nəticə əldə edilməyib. Bu zaman isə həkimlər müraciət edən xəstələrin həyat fəaliyyətləri və yaşam tərzi ilə yaxından tanış olublar.
Əldə edilən nəticə həkimləri çox təəccübləndirib. Sən demə bu xəstələr gecələr smartfon telefondan istifadə edənlərmiş. Həkimlər bu vərdişin davam etdiyi müddətdə isə müvəqqəti korluğun daimi korluqla əvəz oluna biləcəyini qeyd ediblər. ABŞ-ın  Hardvard universitetində aparılan araşdırmalar bu məntiqin real ola biləcəyini təsdiq ediblər. Belə ki, gecələr smartfon telefonla vaxt keçirmək piylənməyə, diabetə, ürək xəstəliyinə və hətta xərçəng riskinin də artmasına səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Bu iki qadın az qala bizim hər gün etdiyimiz işə görə kor qalacaqdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ