Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edildi

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edildi

Tarix: 4 Avqust 2022 10:52

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

"Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 448-VIQ Qanunu ilə turizmlə bağlı əsas anlayışların mənaları, turizmin forma və növləri təkmilləşdirilmiş, Turizm Reyestrinin aparılmasının yeni tənzimlənmə mexanizmləri müəyyən edilib.

Turoperator və turagentlər mülki məsuliyyətin sığortası barədə məlumatları , Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatların 15 gün müddətində Turizm reyestrinə daxil edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin Turizm Reyestrinin aparılma Qaydası"nın təsdiq edilməsi barədə" 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilib. Reyestrə daxil edilməli məlumatlar siyahısına turoperator və turagentlərin mülki məsuliyyətin sığortası, hotellərin ulduz kateqoriyası ilə bağlı məlumatlar əlavə olunub.

Milli.Az


Etiketlər:  Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ