Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi

“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi

Tarix: 6 Avqust 2022 10:38

Qondarma "dxr"-in qadın polkovnik-leytenantı, "Korsa" ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir.

Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma "dnr"-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib.

Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirmiş.

Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.

Milli.Az


Etiketlər:  Öldürməkdən həzz alıram deyən qadın polkovnik məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ