Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaricdə “Azercell”dən istifadə müvəqqəti olaraq məhdudlaşdırıldı

Xaricdə “Azercell”dən istifadə müvəqqəti olaraq məhdudlaşdırıldı

Tarix: 6 Avqust 2022 12:52

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, "Azercell Telekom" MMC Respublikamızın hüdudlarından kənarda "Azercell" sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri "Kabinetim" proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər.

Milli.Az


Etiketlər:  Xaricdə Azercelldən istifadə müvəqqəti olaraq məhdudlaşdırıldı


RƏYLƏR