Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 20:20
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu gün 10-cu turun görüşləri baş tutub.
Qadınlardan ibarət yığmamız rəqbini 4:0 hesabı ilə darmadağın edib.
Ümumdünya Şahmat Olimpiadası
10-cu tur
8 avqust
Qadınlar
Ermənistan - Azərbaycan - 0:4
Elina Danielyan - Günay Məmmədzadə - 0:1
Lilit Mkrtçyan - Xanım Balacayeva - 0:1
Anna Sarqsyan - Gövhər Beydullayeva - 0:1
Susanna Qaboyan - Gülnar Məmmədova 0:1
Ümumdünya Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.