Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 17:16
"Ermənistan hakimiyyəti öhdəlik götürüb, Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməlidir".
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Ermənistan" Alyansının bəyanatında bildirilib.
Bəyanatda Laçın şəhəri və Zabux kəndinin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyinə də diqqət çəkilib:
"Avqustun 25-dək konkret müddət müəyyən olunub ki, bunun qarşısını almağa məsul olan orqanlar heç bir mövqe bildirmirlər".
Alyans hesab edir ki, Ermənistan hakimiyyətinin bu susqunluğu avqustun 25-nin son tarix kimi razılaşdırılmasının sübutudur.
Bəyanatda prosesin Laçınla yekunlaşmayacağı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərin də (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil veriləcəyi deyilib.