Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Putin belaruslu dostlarını Zelenskinin yanına göndərib, “yox” cavabı alıb” - İDDİA

“Putin belaruslu dostlarını Zelenskinin yanına göndərib, “yox” cavabı alıb” - İDDİA

Tarix: 10 Avqust 2022 18:16

Kremlin sözçüsü Peskovun ötən günlərdə Putin və Zelenski arasındakı mümkün görüşlə bağlı açıqlaması yenidən iki ölkə arasındakı sülh danışıqlarını gündəmə gətirib. "Ukrayna nümayəndə heyəti sanki "radardan itir". Hazırda heç bir danışıqlar prosesi getmir", deyən qurum rəsmisinin sözləri danışıqlar prosesi ilə bağlı ümidsiz fikirlərin irəli sürülməsinə səbəb olub.

Sonxeber.net xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya-Ukrayna arasında sülh danışıqlarının aparılması indiki situasiyada mümkün görünmür. Onun sözlərinə görə, Moskvanın şərtləri Ukryanın indiki statusla danışıqlara məcbur etməkdir:

"Təbii ki, rəsmi Kiyev buna getməz. Həlledici döyüşdə üstünlük əldə etdikdən sonra, buna gedəcəklərini bəyan etdilər. Ukraynaya hücum silahlarının verilməsi əks-hücumlarla nəticələnir, bu, Rusiyanın Ukrayna ilə real danışıqlar masasında kompromisə getməsini şərtləndirəcək. Bir neçə gün bundan əvvəl, Belarusdan nümayəndə heyəti danışıqlar üçün Moskvanın istəyi ilə Kiyevdə olub, danışıqlar nəticə verməyib. Amma, bu haqda açıqlama verilmir. Ukrayna ona görə böyük miqyasda hücuma keçmir ki, Rusiya resurslarını tükətsin və əlində olan raketlərlə Kiyevi yenidən atəşə tutmasın. Rusiyanın nüvə silahına əl atmasına gəldikdə isə, bu, gözlənilmir. Çünki, bu Kremldə hakimiyyət dəyişikliyinə səbəb ola bilər".

Müsahibimiz qeyd edib ki, hərbi siyasi aktivlik Ukraynanın leyhinə dəyişir:

"Soçidə Putinlə Ərdoğan Ukrayna məsələsini müzakirə etsə də, sülh danışıqlarına başlamaq üçün razılıq əldə edilməyib, çünki Rusiyanın şərtləri qəbuledilməzdi. Amma Putin də yaxşı bilir ki, danışıqlar raundu başlayacaq və bunu Türkiyə aparacaq. Ankara da Ukraynanın sahədə tam üstünlüyü əldə etməsini gözləyir".


Etiketlər:  Putin belaruslu dostlarını Zelenskinin yanına göndərib cavabı alıb İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ