Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Tarix: 11 Avqust 2022 20:08

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunların qalibi olub.

53 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Daha əvvəl isə kişi sərbəst güləşçilərin 61 kq çəkisində çıxış edən İslam Bazarqanov finalda özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib. Görüş 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xalların keyfiyyətinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.


Etiketlər:  Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ