Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əhali 3 ayda qeyri-ərzaq məhsullarına 3 milyard manata yaxın pul xərcləyib

Bakıda əhali 3 ayda qeyri-ərzaq məhsullarına 3 milyard manata yaxın pul xərcləyib

Tarix: 1 May 2019 17:57

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 4 milyard 924,5 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içki və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2 milyard 241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2 milyard 682,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 25,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əhali ayda qeyri ərzaq məhsullarına milyard manata yaxın xərcləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ