Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 15:32
Rusiya əsir düşən Azov döyüşçülərini Ukraynaya verməmək üçün əlindən gələni edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Oleq Jdanov deyib.
Ekpertin fikrincə, əsirləri azad etmək üçün bir neçə variant var:
"Variantlardan biri böyük əsir mübadiləsidir. Çoxlu sayda rus əsgərini əsir götürmək üçün əks-hücum əməliyyatına başlamalıyıq".
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki,ekspertin sözlərinə görə, ruslar Mariupolda ukraynalı döyüşçüləri terrorda ittiham etmək üçün məhkəmə təşkil edəcəklər:
"Halbuki onlar döyüşçüdürlər, ölkənin nizami Silahlı Qüvvələrinin üzvləridir. Əsgər şəxsi zəmində cinayət törətməyibsə, o, hər hansı terrorçuluqda ittiham edilə bilməz. O, sadəcə ölkəsi qarşısında and içib, əmr yerinə yetirib. "Rusiya açıq-aşkar vəhşilik edir" deyən əsgəri cinayətdə ittiham etmək olmaz".
Jdanov "Debalçevsk əməliyyatı" zamanı Azov batalyonunun rus qoşunlarını Mariupoldan geri atdığını xatırladıb:
"İndi belə çıxır ki, onlar ölkələrini, evlərini, ailələrini müdafiə etdiklərinə görə ittiham olunurlar? Biz Rusiya Federasiyasının nə olduğunu yaxşı anlayırıq. Bu, həqiqətən ölkə deyil, cinayətkar qruplaşmadır".