Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 12:55
Müğənni Ledi Qaqa Xoakin Fennikslə iştirak etdiyi "Coker" ("Joker") filminin sikvelində Harli Kvinn roluna görə 10 milyon dollar alacaq. Baş rol ifaçısı isə Qaqadan iki dəfə çox alacaq: onun qonorarı 20 milyon dollardır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, filmin rejissoru Todd Hovard da eyni məbləğdə qazanacaq. Ümumilikdə, filminin ikinci hissəsinin istehsalı "Warner Bros."ə 150 milyon dollara başa gələcək. Psixoloji dramın davamı "Coker: İki nəfər üçün dəlilik" ("Joker: Folie à Deux") adlanacaq.
Sikvelin müzikl janrında lentə alınacağı, hadisələr isə Arkhem ruhi xəstəxanasında cərəyan edəcəyi bildirilir.
Filmin istehsalına 2022-ci ilin dekabrında başlanacağı gözlənilir.
Süjetə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və həmçinin özü kimi dəlisov Harli Quinnlə rastlaşacaq.