Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qələbə qazandığımız üçün çox sevinirəm'' - ''Neftçi''nin baş məşqisi

''Qələbə qazandığımız üçün çox sevinirəm'' - ''Neftçi''nin baş məşqisi

Tarix: 14 Avqust 2022 23:02

"Yaxşı oyun oldu. Bu matç üçün narahat idim. Çünki "Rapid"lə matçda 120 dəqiqə mübarizə apardıq. Səfərdəki nəticəyə görə üzgün idik. Ona görə bu gün qələbə qazandığımız üçün çox sevinirəm".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Kəpəz"ə 5:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis komandasının daha güclü olduğunu bildirib: "Futbolçuların daha aqressiv olmasını və əldə etdiyimiz epizodların hamısını qola çevirmək istəyirəm".

Rumıniyalı baş məşqçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) ilə görüşü unutmadığını söyləyib: "Bunu unutmaq asan deyil. Pley-off üçün şansımız var idi. Həmin matçdan nəticə çıxartmalı və daha güclü olmalıyıq. Komandamın total, aqressiv və hücumameyilli futbol oynamasını istəyirəm. Bunun üçün keyfiyyətli oyunçularımız var".

Regekampf Rəhman Hacıyevin vacib oyunçu olduğunu söyləyib: "Onun günü deyildi. Öz keyfiyyətini komanda üçün istifadə etməlidir. Sürətindən və texniki bacarıqlarından yararlanmalıdır. Mənim onunla konfiliktim yoxdur. Sevinirəm ki, o özündən narazı olaraq meydandan çıxdı".


Etiketlər:  Qələbə qazandığımız üçün çox sevinirəm Neftçinin baş məşqisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ