Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 16:30
Almaniya hakimiyyəti iddia edir ki, ölkə Rusiyadan qaz nəqlinin tam dayandırıldığı halda belə qışdan sağ çıxa biləcək. Bunun doğru olub-olmadığını yalnız qış göstərəcək. Və onların nə qədər sağ qalacaqları da sual altındadır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
"Qarşıdan gələn qış Almaniya iqtisadiyyatı və sənayesi üçün böyük sınaq olacaq", - Puşkov bildirib.
Qeyd edək ki, dünən Almaniyanın qaz operatorları ölkənin qaz anbarlarının 75,43%-nin dolduğunu açıqlamışdılar.