Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda partlayışda ölənlərin sayı artıb

İrəvanda partlayışda ölənlərin sayı artıb

Tarix: 16 Avqust 2022 07:26

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha iki nəfərin meyiti aşkarlanıb.

Bunu özünün "Facebook" səhifəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi yazıb.

Onun sözlərinə görə, ölənlərin sayı 10 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.


Etiketlər:  İrəvanda partlayışda ölənlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ