Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qatar tualetdə oturan qadını vuraraq öldürüb

Qatar tualetdə oturan qadını vuraraq öldürüb

Tarix: 16 Avqust 2022 15:08

Rusiyada Sverdlovsk vilayətinin Asbest şəhərində qatar taxta tualeti dağıdıb, həmin anda orada 49 yaşlı qadın da aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə Baza nəşri Telegram kanalında məlumat yayıb.

Hadisə "Uralasbest" zavodunun "Fabrika 6" stansiyasında baş verib. Rusiya müəssisəsinin daxili dəmir yolları ilə 21 boş vaqondan ibarət teplovoz hərəkət edib. Sonuncu qatar relsdən çıxıb və "Uralasbest" işçiləri üçün nəzərdə tutulan taxta tualeti vurub.

Binanın içərisində olan zavodun tərəziçisi yerindəcə keçinib. Müstəntiqlər artıq hadisənin səbəblərini araşdırmağa başlayıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qatar tualetdə oturan qadını vuraraq öldürüb


RƏYLƏR