Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 23:08
Özbəkistan və İsveçrə respublikanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus Avropa ölkəsinin banklarında dondurulmuş aktivlərin qaytarılması haqqında saziş imzalayıb.
Bu barədə çərşənbə axşamı Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Gülnarə Kərimovanın aktivləri ilə bağlı müqaviləni Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar", - məlumatda deyilir.
Konfederasiya dərhal 131 milyon dolları Respublikaya qaytarmağı öhdəsinə götürüb.