Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koroğlu'' Nəqliyyat Mübadilə Mərkəzi 1 həftəyə istifadəyə veriləcək

''Koroğlu'' Nəqliyyat Mübadilə Mərkəzi 1 həftəyə istifadəyə veriləcək

Tarix: 26 Sentyabr 2019 11:36

Bakı. Samir Əli - Trend:

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək.

Trend-in məlumatna görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, HUB-a daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcəklək:

"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə qədər yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi planlaşdırılıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi həftəyə istifadəyə veriləcək


RƏYLƏR