Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 13:24
İyul ayında İsveçdə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində artım 13,5% təşkil edib. Bu, rekord göstərici hesab olunur.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "İsveç ərzaq mağazaları" təşkilatının press-relizində deyilir.
"İnflyasiya hərəkətverici amildir", - təşkilatın başçısı Karin Brünell deyib.
Həmçinin qeyd olunur ki, mağazalarda ərzaq məhsullarının satışı ötən ilin eyni ayı (iyul) ilə müqayisədə 7,6% artıb.