Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2019 13:04
"Yuventus"un futbolçusu Aleks Sandro klubun düşərgəsini tərk edib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, braziliyalı oyunçunun atası öldüyü üçün baş məşqçi Maurisio Sarri ona ölkəsinə getməyinə icazə verib.
Bildirilir ki, Mattio De Şilyo və Danil zədəli olduğu, A.Sandro Braziliyaya getdiyinə görə komandada nominal cinah müdafiəçisi qamayıb.
Qeyd edək ki, "Yuventus" İtaliya A seriyasında sentyabrın 28-i SPAL-la qarşılaşacaq.