Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mauro İkardi ''Qalatasaray''la danışıq aparmaq üçün İstanbula gedib

Mauro İkardi ''Qalatasaray''la danışıq aparmaq üçün İstanbula gedib

Tarix: 18 Avqust 2022 19:02

Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Haber Global"ın jurnalisti Bərk Göl şəxsi tviter hesabından paylaşım edib.

29 yaşlı hücumçunun hazırda həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə "Qalatasaray"la danışıqlar üçün İstanbulda olduğu bildirilib.

Qeyd edək ki, Mauro İkardi 2019-cu ildən PSJ-də çıxış edir.

Milli.Az


Etiketlər:  Mauro İkardi Qalatasarayla danışıq aparmaq üçün İstanbula gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ