Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxıl daşıyan daha bir gəmi Odessa limanını tərk etdi - FOTO

Taxıl daşıyan daha bir gəmi Odessa limanını tərk etdi - FOTO

Tarix: 18 Avqust 2022 19:32

Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb:

"Beliz bayraqlı "MARİA" gəmisi qarğıdalı yükü ilə Çernomorsk limanını tərk edib".

Daha dörd gəminin taxıl üçün Ukraynaya gedəcəyi bildirilir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda "taxıl dəhlizi" haqqında saziş imzalanıb. İmzalanmış müqaviləyə əsasən, Rusiya Federasiyası limanlarda atəş açılmayacağına dair öhdəlik götürüb.

Milli.Az


Etiketlər:  Taxıl daşıyan daha bir gəmi Odessa limanını tərk etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ