Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dedi, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan” – Bayıldan videoreportaj

“Dedi, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan” – Bayıldan videoreportaj

Tarix: 26 Sentyabr 2019 13:28

Ukraynalı  jurnalisti Roman Bebex hazırda “Səbail”də oynayan Maykl Essyenlə müsahibə üçün Bakıya səfər edib.

Yutubdakı “Bombardir” kanalı üçün hazırlanan geniş reportajda Bayıl qəsəbəsindən fraqmentlərə də yer verilib. Bundan başqa, “Səbail” klubunun rəsmisi də reportajda fikirlərini bildirib. O deyib ki, Essyenin “Səbail”ə transferi sırf təsadüf nəticəsində alınıb. O, bu məsələnin Essyenin Bakıya səfəri zamanı yemək masası arxasındakı söhbət zamanı həll olunduğunu söyləyib. “Ona burda oynayarsanmı  deyə fikrini soruşduq. O da müsbət cavab verdi” deyə klub rəsmisi Ramin Həsənov bildirib.

Reportajın gedişatında jurnalist və Essyen Bakının mərkəzi hissəsində gəzintiyə çıxıb, eləcə də bazarlardan birində alış-veriş də ediblər.

Essyen “Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı dialoq haqda da danışıb:

“Qana millisinin düşərgəsindən qayıtmışdım. “Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan (gülür)”.

Müsahibədə “Səbail” klubunun fəaliyyəti barədə də danışılıb.

Reportaja aşağıdakı videoda baxa bilərsiniz


 


Etiketlər:  Dedi sənə 35 milyon vermişik bu mənasız oyundur oynayırsan Bayıldan videoreportaj


RƏYLƏR