Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2022 18:46
Samuxda qazilər, veteranlar və şəhid ailələri üçün tikilmiş yeni yaşayış kompleksindəki evlərin hamısı yeni sahiblərinə paylanıb, amma insanlar köçməyə tələsmir. Səbəb məktəb, bağça və və tibb məntəqəsinin fəaliyyətə başlamamasıdır. Yeni şəhərcikdə bu qurumlar üçün inzibati binalar inşa olunsa da, onların da fəaliyyətə başlaması məsələsi həllini tapmır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,rəsmi açılış mərasimi keçirildi, dövlət tərəfindən inşa olunmuş evlərdəki mənzillər imtiyaz qrupundan olan sahiblərinə paylandı. Ancaq yeni yaşayış komleksindəki evlərin az bir hissəsində yaşayış var. Söhbət Samux rayonunun Seyidlər kəndi yaxınlığında yeni salınmış yaşayış kompleksindən gedir.
Sakinlər deyir ki, ev alanların əksəriyyəti köçməyə tələsmir, köçənlərin bir hissəsi isə sonradan geri qayıtmaq məcburiyyətində qalır.
Samux Rayın İcra Hakimiyyətinə müraciət edən sakinlərə deyilib ki, sözgedən müəssisələr balansa verilmədiyindən qurum tərəfindən hansısa tədbirin görülməsi mümkün deyil.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorundan isə məktəb və bağçanın fəaliyyətə başlaması istiqamətində iş aparıldığı bildirilib.
Qeyd edilib ki, məktəbin fəaliyyət göstərməsi üçün yetərli şagird sayı olmasa qonşuluqdakı Seyidlər kənd tam orta məktəbinə şagirdlərin gedib gəlməsi üçün nəqliyyat vasitəsi ayrılacaq.