Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2019 15:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq.
Bu barədə özəl olaraq Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır:
“Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir”.
Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir:
“Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin