Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Belə oynayırıqsa, qələbəyə layiq deyilik" - "Neftçi"nin baş məşqçisi:

Tarix: 20 Avqust 2022 22:54

"Biz tərəfdən çox pis oldu. Ürəksiz, həvəssiz oynadıq. Meydanda heç nə yox idi. Bu matçı çox yaxşı analiz edəcəyik. Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. bundan daha yaxşı oynamalıyıq. Çünki komandada keyfiyyətli futbolçular çoxdur. Bunu daha əvvəl də görmüşük. Hər oyuna 100 faiz hazır olmalıyıq. Belə oynayırsansa, şansın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Hesabda öndə idik. Matçın sonlarındakı epizodlar baş verməli deyildi. İrəliyə baxmalıyıq. Sabahdan təhlil etməyə və üzərimizdə çox işləməyə başlayacağıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur oyuundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis rəqib həmkarı Murad Musayevə taktikada uduzmadığını bildirib: "Bu gün planda daha çox topa sahib olmaq nəzərdə tutulmuşdu. Oyun üslubumuz belədir. Mərkəz yarımmüdafiəçilərimiz çox güclüdür. Daha yaxşı oynamalıydıq. Amma topu özümüzdə çox saxlayırdıq. Hərəkət etməliydik. Meydanın mərkəzində mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik. Verdiyimiz qərarlar ləng idi. Oyuna ciddi yanaşmamışdıq. Bakıda Avstriya "Rapid"inə qarşı matçı müqayisə etsək, fərq çox idi".

Onun sözlərinə görə, dəyişiklik etmək asan deyil: "Üstünlük bizim tərəfimizdə idi. Orta xətt oyunçuları yaxşı görünürdü. Amma penalti epizodunda asanlıqla səhvə yol verdik. Orada penalti olmamalı idi. Kimisə xüsusi qeyd etmək istəmirəm. Ailə kimi düşünməliyik. Komandada gənc və təcrübəli futbolçular var. İkinci hissədə təyin edilən ilk penalti zamanı Mert Çelik rəqibin üstünə o formada getməli deyildi. Gənc futbolçudur, daha çox təcrübə toplamalıdır. Sonuncu penalti haqqında çox danışmaq istəmirəm. Qələbə topunu vurmaq üçün irəliyə atıldıq. Nəticədə rəqibə boşluq verdik".

Rumıniyalı baş məşqçi belə oyunla qalib gəlməyin çətin olacağını söyləyib: "Futbolçular başa düşməlidirlər ki, bizə qarşı hər oyun belə gərgin olacaq. Hamı mübarizə aparacaq, qaçacaq. İlk hissədə ələ düşən imkanlardan yararlana bilmiriksə, qalib gəlmək asan deyil. Bizim üçün bu cür məğlubiyyət utancvericidir. Bütün tənqidləri qəbul etməliyik".

Milli.Az


Etiketlər:  Belə oynayırıqsa qələbəyə layiq deyilik Neftçinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ