Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava limanının əməkdaşı FACİƏVİ şəkildə öldü: təyyarənin pəri...

Hava limanının əməkdaşı FACİƏVİ şəkildə öldü: təyyarənin pəri...

Tarix: 21 Avqust 2022 00:32

Rusiyada Uqranın Beloyarski şəhərindəki hava limanının əməkdaşı təyyarənin pərinin altına düşüb və aldığı xəsarətlərdən yerindəcə ölüb.

Milli.Az bildirir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunu məlumat yayıb.

Mənbənin məlumatına görə, qəza avqustun 19-da yerli vaxtla saat 13:48-də (Moskva vaxtı ilə 11:48) baş verib. 48 yaşlı kişi "UTair Airlines-a məxsus An-24 təyyarəsinin buraxılması proseduru zamanı" xəsarət alıb. Hadisənin digər təfərrüatı açıqlanmayıb.

Hazırda hava limanının binasında istintaq-əməliyyat qrupu işləyir. Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi də yoxlama təşkil edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Hava limanının əməkdaşı FACİƏVİ şəkildə öldü təyyarənin pəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ