Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Tarix: 21 Avqust 2022 10:30

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az bildirir ki, başsağlığıda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


RƏYLƏR