Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Siti Garden Narimanov” beynəlxalq mükafatla təsdiqlənən yaşam tərzi - FOTO

“Siti Garden Narimanov” beynəlxalq mükafatla təsdiqlənən yaşam tərzi - FOTO

Tarix: 22 Avqust 2022 10:40

"Kristal Abşeron" şirkətinin iddialı layihələrindən biri "Siti Garden Narimanov" beynəlxalq mükafata layiq görülüb.

Nüfuzlu mükafat olan "İnternational Property Awards"da hər il dünyanın ən uğurlu daşınmaz əmlakları memarlıq, interyer dizaynı və daşınmaz əmlakın inkişaf kateqoriyalarında qiymətləndirilir.

Milli.Az xəbər verir ki, bu il müsabiqəyə Azərbaycandan qatılan "Siti Garden Narimanov" layihəsi "The Asia Pacific Property Awards" qolunda 1200 rəqib arasından fərqlənərək "Çoxyönlü istifadə memarlığı" kateqoriyasında mükafata layiq görülüb.

Nərimanov metrosuna 5 dəqiqəlik məsafədə, 21 hektar ərazini əhatə edən "Siti Garden Narimanov" layihəsi şəhər mərkəzində təbiətə iç-içə yaşam vəd edir. Yaşayış kompleksində 17,3 hektar geniş yaşıl həyətdə 10 mindən artıq bitki, içərisində fəvvarələr yerləşən dekorativ göllər kompleksin gözəlliyinə gözəllik qatacaq.

"Siti Garden Narimanov" yaşayış kompleksi idman meydançaları, fitnes sahəsi, geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, iaşə obyektləri, özəl və dövlət olmaqla iki məktəb və uşaq bağçası ilə sakinlərə bir ömür rahat yaşam vəd edir.

Milli.Az


Etiketlər:  Siti Garden Narimanov beynəlxalq mükafatla təsdiqlənən yaşam tərzi FOTO


RƏYLƏR