Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səməd Səmədovun məzarını görmək istəmirəm''

''Səməd Səmədovun məzarını görmək istəmirəm''

Tarix: 22 Avqust 2022 18:30

"Onun dünyasını dəyişməsi gözlənilməz oldu. Yatsam yuxuma girməzdi ki, belə xəbər eşidəcəm. Gənc vaxtlarımdan Səməd obrazı həyatımda var idi. Səməd Səmədov təvazökar insan idi. Özü haqqında heç vaxt böyük-böyük danışmazdı".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nazim Pişiyari "O üz" proqramında deyib. O, mərhum Xalq artisti Səməd Səmədovla bağlı xatirələrini bölüşüb:

"Bu gün də onun izi sənətdə qalıb. Eşidəndə ki, dünyasını dəyişib, inanmadım. Gördüm yox, yavaş-yavaş məlumat təsdiqlənir. Donub qaldım. Çaşqın vəziyyətdə idim. Onun məzarına getməmişəm, gedə bilmirəm. İçimdəki hansısa qüvvə qoymur gedim. İstəmirəm onun başdaşını görüm. Bizim münasibətimizdə o qədər baməzə anlar olub ki... Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm". 

Qeyd edək ki, S.Səmədov koronavirusdan dünyasını dəyişib. 


Etiketlər:  Səməd Səmədovun məzarını görmək istəmirəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ