Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2022 19:30
Rusiyada Yamalda maralı otaran düşərgədə yaşayan iki uşaq göldə boğulub.
Sonxeber.net bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.
Bundan əvvəl üzməyi bilməyən 9 yaşlı oğlan və 11 yaşlı qız avqustun 18-i cümə axşamı günü böyüklər olmadan göldə çimməyə gediblər. Uşaqların meyitlərini ataları və yerli sakinlər tapıblar.
Hadisədən sonra müstəntiqlər araşdırmalara başlayıb. Onlar artıq hadisə yerinə baxış keçiriblər.
İrfan Vəliyev